Yəməndən İsrailə raket atıldı
Yəmən ərazisindən İsrailə raket buraxılıb.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Raket hücumu ilə əlaqədar sərhədyanı bölgələrdə hava hücumu xəbərdarlığı siqnalları səsləndirilib.
IDF-nin açıqlamasına görə, Yəməndən atılan raket havada zərərsizləşdirilib və təhlükə sovuşub. Hadisə nəticəsində dağıntı və ya itki barədə məlumat verilməyib.