Yəmən sahillərində miqrantları daşıyan qayıq batdı, ölənlər var
Yəmən sahillərində miqrantlarla dolu qayığın batması nəticəsində azı 65 nəfər həyatını itirib.
TodayPress TV xəbər verir ki, bu barədə yerli təhlükəsizlik orqanları və BMT məlumat yayıb.
Hadisə zamanı onlarla afrikalı miqrantın da itkin düşdüyü bildirilir. Hazırda itkin düşənlərin axtarışı və xilasedici əməliyyatlar dənizdə davam etdirilir.
Qeyd edək ki, Afrika ilə Yəmən arasındakı dəniz marşrutu son illərdə miqrantlar üçün olduqca təhlükəli səyahət yoluna çevrilib.
Töhfə Səməd