Yel Universiteti investisiya portfelini satmağa hazırlaşır

Yel Universiteti investisiya portfelini satmağa hazırlaşır
06.06.2025 19:15 Dünya

ABŞ-nin prestijli ali təhsil ocaqlarından biri olan Yel Universiteti 2,5 milyard ABŞ dolları dəyərində birbaşa və vençur kapitalı aktivlərini satmaq üzrədir. 

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Universitetin 41 milyard dollarlıq endovment (fəaliyyətini dəstəkləyən ianə fondu) fondu bu satışla bağlı danışıqların son mərhələsindədir. Mənbələr bildirir ki, portfelin bazar qiymətindən təxminən 10%-dən az endirimlə satılması planlaşdırılır. Halbuki bəzi alıcılar aktivlərin müəyyən hissələrini 15%-lik endirimlə dəyərləndiriblər.

Bu, Yel Universitetinin birbaşa investisiya aktivlərini ikinci bazarda bu qədər geniş miqyasda satışa çıxarması baxımından ilk hadisədir.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər