Yaponiyanın Baş naziri Trampı hədiyyə ilə təəccübləndirdi

Dünya

28.10.2025 10:19

Yaponiyanın Baş naziri Sanaa Takaiçi ABŞ Prezidenti Donald Trampa mərhum Şinzo Abenin diplomatik üslubunu xatırladan sürpriz hədiyyə təqdim edib. Tramp bu jestdən təsirlənərək Takaiçini “əsl lider” adlandırıb və Yaponiyanın müdafiə qabiliyyətini gücləndirmək istiqamətində onun qərarlılığını yüksək qiymətləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Rəsmi səfər çərçivəsində keçirilən görüş zamanı, Yaponiyada Şinzo Abenin siyasi varisi kimi tanınan Sanaa Takaiçi, sələfinin üslubunu davam etdirərək Tramp üçün təntənəli qəbul təşkil edib və ona Yaponiya imperatoru ilə görüş imkanı yaradıb.

Görüşün əsas məqamlarından biri simvolik hədiyyə olub. Baş nazir Trampa mərhum Şinzo Abeyə məxsus golf çubuğunu və yapon çempion Hıdeki Matsuyamanın imzası olan golf çantasını təqdim edib.

Siyasi müşahidəçilərin fikrincə, bu jest Takaiçinin xarici siyasətdə Şinzo Abenin kursunu davam etdirmək niyyətini nümayiş etdirib.

Donald Tramp isə həm hədiyyəni, həm də qəbulun səviyyəsini yüksək qiymətləndirərək, Yaponiyanın yeni baş nazirini “güclü və qərarlı lider” adlandırıb.

Aysel Mətləb

TodayPress TV

tag: Yaponiya,Takaiçi ,Tramp,ABŞ ,Şinzo,Todaypress.tv,