Xameneinin harada dəfn olunacağı açıqlandı - FOTO

Xameneinin harada dəfn olunacağı açıqlandı - FOTO
08.06.2026 21:40 Dünya

İranın mərhum ali rəhbəri Seyid Əli Xameneinin Məşhəddə dəfn ediləcəyi iddia olunur.

TodayPress TV "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə Xorasan-e-Rəzəvi əyaləti valisinin təhlükəsizlik və polis məsələləri üzrə müavininin açıqlama verdiyi bildirilir.

Məlumata görə, Əli Xameneinin dəfn mərasimi Tehrandan başlayacaq, daha sonra Quma köçürüləcək. Bildirilir ki, üçüncü gün Məşhəddə keçiriləcək mərasimdən sonra onun cənazəsi torpağa tapşırılacaq.

İddialara əsasən, Əli Xameneinin cənazəsi İmam Rzanın hərəmində dəfn olunacaq.

Qeyd edək ki, mənbədə Əli Xameneinin 2026-cı il fevralın 28-də ABŞ və İsrailin hava hücumları zamanı həlak olduğu iddia edilir. Bu məlumatın müstəqil təsdiqi barədə məlumat verilməyib.

TodayPress TV 

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər