Vilnüs aeroportu hava şarlarına görə yenidən bağlandı

Dünya

31.10.2025 07:00

Vilnüs Beynəlxalq Aeroportu hava məkanında "naməlum obyektlər" səbəbindən təyyarələrin uçuş və qəbulunu dayandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hava limanı yerli vaxtla saat 20:10-da Vilnüsə doğru uçan hava şarları səbəbindən təxminən üç saatlıq bağlanıb.

Bu arada, Düsseldorfdan Litva paytaxtına uçuşu planlaşdırılan reys Riqaya yönləndirilib.

Xatırladaq ki, oktyabrın 29-da Litva hökuməti Belarus ilə sərhədi bir ay müddətinə bağlamaq qərarına gəlib. Buna səbəb Belarusdan qaçaqmal daşıyan şarlar tərəfindən ölkənin hava məkanının pozulması hallarının artması olub. Pozuntular Vilnüs aeroportunun dörd dəfə, Kaunas hava limanının isə bir dəfə bağlanması ilə nəticələnib.

TodayPress TV

tag: Vilnüs , hava Limanı, Bağlanma, Hava ,Litva, todaypress.tv,