Vaşinqton İsrailin Qəzzadan qoşun çıxarmasının birinci mərhələsini təsdiqlədi
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağından qoşunların çıxarılmasının birinci mərhələsini yerinə yetirdiyini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə nümayəndəsi Stiv Uitkoff “X” sosial şəbəkəsindəki səhifəsində bəyan edib.
Hazırda əsirlərin azad olunması üçün 72 saatlıq müddət başlayıb.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında atəşkəs rejiminin qüvvəyə mindiyini elan edib.
Aysel Mətləb