Uşaqları intihar edən ailə süni zəka şirkətinə iddia qaldırdı

Dünya

17.09.2025 12:03

ABŞ-də uşaqları intihar edən 3 ailə, süni zəka söhbət tətbiqi olan “Character.AI”nin inkişaf etdiricisi "Character Technologies Inc” ilə birlikdə “Google”a qarşı iddia qaldırıblar. 

TodayPress TV xəbər verir ki, ailələr, uşaqlarının intihar və ya intihar cəhdi ilə nəticələnən proseslərində tətbiqin rol oynadığını iddia ediblər.

İddialar Kolorado və Nyu Yorkda verilib. Ailələri təmsil edən Sosial Media Qurbanları Hüquq Mərkəzi, “Google”un “Family Link” valideyn nəzarət xidmətinin də gəncləri qorumaqda uğursuz olduğunu bildirib.

Şikayət ərizələrinə görə, tətbiqdəkı söhbət botları uşaqları ailələrindən uzaqlaşdırıb, emosional manipulyasiya edib. 

“Character.AI”nin sözçüsü bildirib ki, istifadəçilərimizin təhlükəsizliyi bizim üçün çox önəmlidir. Onlar gənclər üçün xüsusi təhlükəsizlik tədbirləri, valideyn baxışları və intiharın qarşısını alma mənbələri hazırladıqlarını qeyd ediblər.

“Google” isə iddia siyahısına daxil edilməsinə etiraz edərək, “Google”un süni zəka modellərinin dizaynı və idarəsində iştirak etmədiyini vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

tag: Uşaq,İntihar,Şirkət,İddia,Todaypress.tv,