Ukraynadan sabiq baş nazirə SƏRT QƏRAR: Aktivləri müsadirə olunacaq

Ukraynadan sabiq baş nazirə SƏRT QƏRAR: Aktivləri müsadirə olunacaq
07.05.2026 00:17 Dünya

Ukraynanın keçmiş Baş naziri Mikola Azarov və onun oğlu Oleksiy Azarova qarşı qanunla nəzərdə tutulmuş sanksiyalar tətbiq ediləcək.

TodayPress TV xəbər verir ki, bu barədə “RBK-Ukraine” Ukrayna Ədliyyə Nazirliyinin məlumatına istinadən məlumat yayıb.

Bildirilib ki, 6 may 2026-cı il tarixində Ədliyyə Nazirliyi Mikola Azarov və oğluna qarşı sanksiyaların tətbiqi ilə bağlı Ali Anti-Korrupsiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Söhbət "Sanksiyalar haqqında" qanunda nəzərdə tutulmuş, aktivlərin dövlət xeyrinə müsadirə edilməsini ehtiva edən tədbirdən gedir.

Nazirlikdən xatırladıblar ki, Mikola Azarov 2010-2014-cü illərdə Viktor Yanukoviçin prezidentliyi dövründə baş nazir vəzifəsini tutub. Lakin sonralar Rusiyanın Krımın ilhaqı ilə bağlı hərəkətlərini dəstəkləyib, həmçinin Ukrayna hakimiyyətinin legitimliyini açıq şəkildə şübhə altına alıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər