Ukraynada partlayış- Ölənlər var

Ukraynada partlayış- Ölənlər var
02.07.2025 23:34 Dünya

Ukraynanın Jitomir şəhəri yaxınlığındakı magistral yolda iki partlayış baş verib.

TodayPress TV “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Jitomir vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Buneçko bildirib.

"M-06 şossesinin Jitomir yaxınlığındakı Berezina qəsəbəsində iki partlayış baş verib. İki nəfərin öldüyünü, 15 nəfərin yaralandığını təsdiqləyə bilərik", - Buneçko qeyd edib.

O, partlayış nəticəsində fərdi yaşayış evlərinin də zərər çəkdiyini vurğulayıb. Zərərçəkənlərə yardım göstərilib. Magistral avtomobillərin minimal hərəkəti ilə təmin olunub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər