Ukrayna və Suriya diplomatik münasibətləri bərpa etdi
Ukrayna və Suriya Kiyevin təşəbbüsü ilə kəsilən diplomatik münasibətləri bərpa edib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və Suriyanın yeni seçilmiş Prezidenti Əhməd əl-Şaraa diplomatik əlaqələrin qurulmasına dair sənəd imzalayıblar.
Xatırladaq ki, Ukrayna 2022-ci ildə Dəməşqin LXR və DXR-i tanımasına etiraz olaraq Suriya ilə diplomatik münasibətləri kəsmişdi.
Sentyabrın 21-də Əhməd əl-Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə gedib. Bu, Suriyadan ABŞ-yə prezident səviyyəsində ilk rəsmi səfərdir və sonuncu belə səfər 1967-ci ildə baş tutub.
Bundan əvvəl isə Suriya hökuməti keçmiş Prezident Bəşər Əsədin ekstradisiyasını Rusiyadan tələb etmişdi. Prezident Əhməd əl-Şaraanın sözlərinə görə, Suriya Əsədi mühakimə etməyi planlaşdırır.
ABŞ-nin Suriyadakı səfiri isə bəyan edib ki, bölgədə heç vaxt sülh olmayacaq.
Jalə Rövşən