Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi oldu
Dünya
12.06.2025 15:39
İyunun 12-də Ukrayna və Rusiya arasında aparılan danışıqlar çərçivəsində yaralı və ağır yaralı hərbçilərin növbəti mübadiləsi baş tutub.
TodayPress TV xəbər verir ki, mübadilə İstanbulda keçirilən ikinci raund danışıqları əsasında əldə edilmiş razılaşmalar çərçivəsində həyata keçirilib.
Hər iki tərəf bu gün bir qrup yaralı və vəziyyəti ağır olan hərbçini öz ölkələrinə qaytarıb.
Ukrayna prezidenti Volodimir Zelenski açıqlamasında bildirib ki, bu mərhələdə ordu, Milli Qvardiya və sərhəd xidmətinin əməkdaşları geri qaytarılıb. Prezidentin sözlərinə görə, bütün hərbçilər müalicəyə ehtiyac duyur və dövlət onların lazımi tibbi yardım almasını təmin edəcək.
“Hamını Rusiya əsirliyindən geri qaytarmaq üçün işi davam etdiririk. Bu mübadilələrin baş tutmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Hər bir kəs evinə – Ukraynaya dönməlidir”, – deyə Zelenski qeyd edib.
Bu, ağır yaralı və ciddi xəstə olan ukraynalı hərbçilərin geri qaytarılması üzrə ikinci mübadilə mərhələsidir.
Qiymət Mahir
tag: Rusiya,Ukrayna,Mübadilə,Zelenski,todaypress.tv,