Ukrayna Rusiyadan 1000 vətəndaşının cəsədini geri aldı

Dünya

18.09.2025 16:54

Sentyabrın 18-də Ukrayna Rusiyadan 1000 vətəndaşının, o cümlədən hərbçilərin cəsədini geri alıb.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı "RBC-Ukrayna" Hərbi Əsirlərlə Müalicə üzrə Koordinasiya Qərargahının Telegram kanalına istinadla yayıb.

Bildirilib ki, repatriasiya zamanı Rusiya tərəfi bu cəsədlərin Ukrayna hərbçilərinə aid olduğunu qeyd edib.

Yaxın günlərdə Daxili İşlər Nazirliyinin ekspertiza müəssisələri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə cəsədlərin şəxsiyyətinin müəyyən edilməsi üçün zəruri ekspertizalar aparacaq.

Tədbir Ukrayna Təhlükəsizlik Xidmətinin Birgə Mərkəzi, Ukrayna Silahlı Qüvvələri, Daxili İşlər Nazirliyi, Ombudsman Aparatı, İtkin düşmüş şəxslərin İşləri üzrə Müvəkkilin Katibliyi, Fövqəladə Hallar üzrə Müvəkkilin Katibliyi, Müdafiə Nazirliyi və digər aidiyyəti qurumların birgə səyləri ilə həyata keçirilib.

Koordinasiya Qərargahı həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Eyni zamanda, cəsədlərin daşınması, təhvil verilməsi və məhkəmə-tibbi ekspertizasının təşkili prosesində iştirak edən Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə də minnətdarlıq ifadə olunub.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Ukrayna,Rusiya,Cəsəd,Hərbçi,Todaypress.tv,