Rumıniyada külək elektrik stansiyası layihəsi təsdiqləndi
Dünya
06.06.2025 11:50
Rumıniyanın Milli Enerji Tənzimləmə Təşkilatı (ANRE) ölkənin ən böyük külək elektrik stansiyası layihələrindən biri olan Ialomita Nord layihəsini təsdiqləyib. Layihənin ümumi gücü 246 meqavattdan çox olacaq.
TodayPress TV "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Sebastyan Burduja məlumat verib.
Onun sözlərinə görə, layihəni Portuqaliyanın Greenvolt enerji şirkəti yerli törəmə müəssisəsi vasitəsilə həyata keçirəcək və Rumıniyanın sabit satış qiyməti təminatı (CfD) sxemindən faydalanacaq.
“Sabit qiymət zəmanəti layihənin maliyyələşdirilməsini təmin edir, bölgəyə yeni iş yerləri, yerli vergi gəlirləri və təmiz, əlçatan enerji gətirəcək”, - deyə Burduja “Facebook” paylaşımında bildirib.
O əlavə edib ki, təşəbbüs Ialomita bölgəsində iqtisadi artımı stimullaşdıra bilər.
Hazırda Rumıniyada quraşdırılmış külək enerjisi gücü 3,100 meqavatt civarındadır.
Xatırladaq ki, 2024-cü ildə istifadəyə verilmiş CfD mexanizmi sahildə və dənizdə külək stansiyaları, günəş panelləri, hidro, nüvə, hidrogen və enerji saxlama texnologiyaları daxil olmaqla, aşağı karbonlu enerji mənbələrinə dəstək verir.
Qiymət Mahir
tag: Rumıniya,Portuqaliya,Nord ,Külək,Enerji stransiyası,todaypess.tv,