Ukrayna lideri: "Baş verənlərə güclü reaksiya yoxdur"
Rusiyanın Ukraynanın mülki infrastrukturuna davamlı olaraq artan hərbi müdaxilələrinə beynəlxalq ictimaiyyətdən ləyaqətli, güclü reaksiya yoxdur.
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Baş verən hər şeyə, hücumların getdikcə artan miqyasına və həyasızlığına layiqli, güclü qlobal reaksiya yoxdur. Məhz buna görə Putin bunu edir: o, sadəcə olaraq Qərbə, onun susmasına və sərt reaksiya verməməsinə gülür”, - Zelenski vurğulayıb.
Jalə Rövşən