Türkiyədə zəlzələ oldu
Türkiyənin Bingöl bölgəsində 3,9 bal gücündə zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Bingölün Solhan rayonunda yerləşib.
Bakı vaxtı ilə saat 13:30-da qeydə alınan zəlzələ yerin 17,67 kilometr dərinliyində baş verib.
Töhfə Səməd