Türkiyədə yanğınsöndürən təyyarə qəzaya uğradı

Türkiyədə yanğınsöndürən təyyarə qəzaya uğradı
19.06.2025 17:28 Dünya

Türkiyənin Adana şəhərində yanğını söndürmək üçün göndərilən yanğınsöndürmə təyyarəsi göl üzərində qəzaya uğrayıb. 

TodayPress TV xəbər verir ki, hadisə zamanı iki pilot yaralanıb.

Bölgənin qubernatoru Səlim Kəsgərin sözlərinə görə, təyyarə su götürmək üçün Seyhan bənd gölünə enərkən yerə düşüb.

Dəniz polisi əməkdaşları pilotları sahilə çıxarıb. Onların xəsarətləri yüngüldür və vəziyyətləri yaxşıdır. Qubernator bildirib ki, pilotlardan biri xarici vətəndaşdır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər