Türkiyədə partlayış: Ölənlər var
Türkiyədə anestezik qaz istehsalı müəssisəsində partlayış baş verib, iki nəfər ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Hadisə Tekirdağ vilayətinin Ergene rayonunda qeydə alınıb.
Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisə ilə bağlı araşdırma başladılıb.
Partlayışın səbəbi məlum deyil.