Türkiyədə ağır yol qəzası - Ölən və yaralananlar var

Türkiyədə ağır yol qəzası - Ölən və  yaralananlar var
02.06.2025 21:00 Dünya

Türkiyənin Yozqat şəhərinin  Akdağmadeni rayonunda ölümlə nəticələnən qəza baş verib.

Bu barədə TodayPress TV  "Haber Global"a  istinadən bildirib.

Məlumata görə, sərnişinləri daşıyan avtobus aşıb və nəticədə  iki nəfər ölüb, 15 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. 

Xəsarət alanlardan beşinin  vəziyyəti ağır qiymətləndirilib.

Aynur TAC

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər