Türkiyə ABŞ-dən 250 Boeing təyyarəsi və hərbi texnika alacaq

Türkiyə ABŞ-dən 250 Boeing təyyarəsi və hərbi texnika alacaq
20.09.2025 19:00 Dünya

ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 25 sentyabrda Vaşinqtonda keçirəcəyi görüş ərəfəsində, “Boeing” şirkəti Türk Hava Yolları üçün 250 ədəd mülki təyyarə sifarişi üzrə danışıqları yekunlaşdırmaq üzrədir.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Məlumata görə, bu böyük sifariş ABŞ-Türkiyə münasibətlərində yeni bir səhifə açmaqla yanaşı, NATO üzvləri arasında uzun müddətdir davam edən F-35 mübahisəsinin həllinə də töhfə verə bilər. Görüşdə həmçinin “Lockheed Martin” şirkətindən F-16 Viper qırıcıları və digər müdafiə texnikasının alınması ilə bağlı razılaşmaların da müzakirə olunacağı gözlənilir.

Türkiyəli rəsmilər bildiriblər ki, Ərdoğan müdafiə sənayesindən enerji daşıyıcılarına qədər on milyardlarla dollar dəyərində razılaşmalar əldə etməyi planlaşdırır. Bu çərçivədə Türkiyə 40 ədəd F-35, 40 ədəd F-16 qırıcısı və aviabomba, raketlər daxil olmaqla iri həcmdə silah-sursat alacaq. Mütəxəssislər bunun, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasından sonra Türkiyənin F-35 proqramından çıxarılması ilə bağlı uzun müddət davam edən mübahisəni də həll edə biləcəyini qeyd edirlər.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Bütün Xəbərlər