Trampın portreti olan qızıl kolleksiya sikkələri buraxıldı

Trampın portreti olan qızıl kolleksiya sikkələri buraxıldı
25.06.2025 13:25 Dünya

ABŞ prezidenti Donald Trampın portreti əks olunmuş kolleksiya məqsədli qızıl sikkələr satışa çıxarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi redaksiyaya göndərilmiş məktuba istinadla məlumat yayıb.

Məlumata görə, "Trump Israel" adlı qızıl sikkə "GodBlessTheUSABible.com" saytında satışa çıxarılıb. Sayt Trampın ad və görüntü hüquqları üçün lisenziya haqqı ödəsə də, Trampa məxsus deyil və onun tərəfindən idarə olunmur.

Agentliyin yazdığına əsasən, sözügedən sayt bu sikkəni almağa çağıran reklam mesajını İsrail və İran arasında atəşkəs rejimi elan edilməmişdən öncə – ötən həftə göndərib.

Töhfə Səməd 

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər