Trampın nüvə qərarı müzakirələrə səbəb oldu

Trampın nüvə qərarı müzakirələrə səbəb oldu
31.10.2025 10:34 Dünya

ABŞ Konqresindəki demokratlar Ağ Ev lideri Donald Trampın nüvə sınaqları keçirmək qərarına etiraz ediblər. 

TodayPress TV xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.

“Bunu etmək səhv olardı, çünki biz bu addımdan heç nə qazanmayacağıq”, - deyə senator Mark Kelli bildirib.

Onun sözlərinə görə, əgər ABŞ nüvə sınaqları keçirsə, Çin də eyni addımı atacaq və onun "strateji qüvvələri" daha da güclənəcək. Konqresmen bu qərarı Pekin üçün “hədiyyə” adlandırıb.

Xatırladaq ki, bundan əvvəl Tramp nüvə silahı sınaqlarının dərhal keçirilməsi barədə göstəriş verdiyini açıqlamışdı. ABŞ liderinin sözlərinə görə, bu sınaqlar “uyğun proqramlara malik digər ölkələrlə bərabər səviyyədə” aparılacaq.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər