Trampdan İlon Maskla bağlı sərt mesaj: “DOGE onun biznesini araşdırmalıdır!”

Dünya

01.07.2025 11:49

ABŞ Prezidenti Donald Tramp milyarder İlon Maskın rəhbərlik etdiyi şirkətlərin – o cümlədən raket buraxılışları, peyk proqramları və elektrik avtomobil istehsalı sahələrinin – dövlət büdcəsinə yük yaratdığını bildirib və bu fəaliyyətlərin ABŞ Hökumət Səmərəliliyi Departamenti (DOGE) tərəfindən araşdırılmalı olduğunu vurğulayıb.

TodayPress TV xəbər verir ki, o bu barədə özünün “Truth Social” hesabında məlumat verib.

“Bəlkə DOGE buna yaxşı, ciddi nəzər salmalıdır? Qənaət etmək üçün böyük pul!” – deyə Tramp öz paylaşımında qeyd edib.

Trampın sözlərinə görə, Maskın həyata keçirdiyi layihələr olmasaydı, ABŞ böyük məbləğdə vəsaitə qənaət edə bilərdi.

Amerika liderinin bu sərt açıqlaması, Maskın xərclər və vergi qanun layihəsini tənqid etməsi fonunda verilib. 

Müşahidəçilər bu qarşıdurmanı Tramp–Mask münasibətlərində yeni gərginlik mərhələsi kimi dəyərləndirirlər.

Nicat Osman

tag: ABŞ,DOGE,Tramp,Mask,Todaypress.tv,