Pentaqonun adının dəyişdirilməsi narazılıq yaratdı

Dünya

06.09.2025 11:32

ABŞ Prezidenti Donald Tramp ölkənin Müdafiə Nazirliyinin adının dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb.

TodayPress TV xəbər verir ki, “Politico” nəşri mənbələrə istinadən yazır: 

“Pentaqon rəsmiləri bu qərardan ciddi narazılıq bildiriblər. Onların sözlərinə görə, addım milyardlarla dollara başa gələ bilər, amma real hərbi problemlərin həllinə heç bir təsiri olmayacaq”.

Qeyd olunur ki, dəyişikliklər səbəbindən Müdafiə Nazirliyinin möhürlərini 40 ölkədə və ABŞ-nin bütün 50 ştatında yerləşən 700 mindən çox obyekt üzərində yeniləmək lazım gələcək. Bundan başqa, rəsmi blanklar, yeməkxanalardakı salfetlər, əməkdaş geyimləri və Pentaqon mağazasındakı suvenir məhsullarının da yenidən brendləşdirilməsi tələb olunacaq.

Xatırladaq ki, Donald Tramp imzaladığı fərmanla Müdafiə Nazirliyinin adının onun prezidentliyi dövründə müvəqqəti olaraq “Müharibə Nazirliyi”nə dəyişdirilməsini təsdiqləyib.

Töhfə Səməd

TodayPress TV

tag: ABŞ ,Donald Tramp,Müdafiə Nazirliyi,Pentaqon ,Todaypress.tv,