Tramp və fon der Lyayen görüşdü: Gündəmdə Rusiya var

Tramp və fon der Lyayen görüşdü: Gündəmdə Rusiya var
29.07.2025 16:29 Dünya

ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen iyulun 27-də Şotlandiyada keçirilən danışıqlar zamanı Rusiyanın ticarət tərəfdaşlarına qarşı tətbiq olunacaq 100 faizlik ABŞ tariflərinin tezləşdirilməsi məsələsini müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Stefan de Keersmaeker Brüsseldə keçirilən brifinqdə məlumat verib.

"Bəli, bu məsələ konsultasiyalar zamanı gündəmə gətirilib", - deyə o bildirib. De Keersmaekerin sözlərinə görə, tərəflər ABŞ-nin Avropa İttifaqına qarşı nəzərdə tutduğu tariflərin azaldılması ilə bağlı müzakirələr fonunda Rusiyanın ticarət tərəfdaşlarına qarşı tariflərin daha tez tətbiq olunması məsələsinə də toxunublar.

Xatırladaq ki, Tramp bundan əvvəl Rusiya və Ukrayna arasında razılaşmanın əldə olunması üçün 50 günlük müddət verdiyini, bu müddət başa çatdıqdan sonra isə Moskva və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik tariflər tətbiq edəcəyini açıqlamışdı.

Lakin bu həftənin əvvəlində Tramp Rusiyadan və münaqişənin həllində irəliləyişin olmamasından məyus olduğunu bildirmiş və bu səbəbdən sözügedən müddətin 10–12 günə endirildiyini bəyan etmişdi. O, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə danışmaqda artıq maraqlı olmadığını qeyd etmiş, lakin bu əlaqələrin məhz hansı mövzuda olacağını dəqiqləşdirməmişdi.

Töhfə Səməd 

XƏBƏR LENTİ
03 IYUN 2026
Körfəzdə raket yağışı: 13 ballistik raket və 17 PUA 17:33 Tom Barak: Türkiyədən Yaxın Şərqə Uzanan Bir Güc Mərkəzi 17:25 Roma Papası İlham Əliyevi təbrik etdi 16:55 Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir 16:48 Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 “Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici kəşfiyyat orqanlarının təxribat törətməsinin qarşısını alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 Bütün Xəbərlər