Tramp Vaşinqtonda "Zəfər Tağı" tikəcək
ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə Vaşinqtonda Linkoln Memorialının yanında zəfər tağı tikməyi planlaşdırır.
TodayPress TV "CNN"ə istinadən xəbər verir ki, abidənin tikintisi ABŞ-nin Müstəqillik Bəyannaməsinin 250 illiyinə təsadüf edəcək.
Layihənin memarlıq dizaynını Nicolas Léo Charbonneau hazırlayıb, tikinti isə özəl investisiyalar hesabına maliyyələşdiriləcək. Tramp ideyanı layihənin bütün mərhələlərində iştirak edərək özü irəli sürüb.
Qeyd edək ki, ABŞ Prezidenti Ukrayna üçün Çinə qarşı yeni tariflər hesabına maliyyələşdiriləcək “qələbə fondu” yaratmaq üzərində də çalışırdı. Bundan əvvəl Çerniqovda bir park Trampın şərəfinə adlandırılmışdı.
Jalə Rövşən