Tramp Ukraynaya qoyulan məhdudiyyətlərin ləğvini istəyir
ABŞ Prezidenti Donald Tramp Ukrayna Silahlı Qüvvələrinin Qərb silahlarından istifadə edərək Rusiya ərazisinə zərbələr endirməsinə qoyulan məhdudiyyətlərin ləğvini istəyir.
TodayPress TV "The Washington Post" a istinadən xəbər verir ki, qəzetin daha əvvəl yazdığına görə, ABŞ və Avropa Rusiyaya qarşı üçmərhələli strategiyaya ehtiyac duyur: Rusiyanın enerji bazarında sıxışdırılması, NATO hava məkanının pozulmasına sərt cavab verilməsi və Ukraynaya müdafiə üçün silah satışı.
Xatırladaq ki, Tramp əvvəllər də Rusiya təyyarələrinin vurulması ilə bağlı NATO müttəfiqlərinə dəstək məsələsinə münasibət bildirmişdi.
Jalə Rövşən