Tramp “The Wall Street Journal”a qarşı məhkəmə iddiası qaldırır

Dünya

18.07.2025 09:13

ABŞ Prezidenti Donald Tramp "The Wall Street Journal" qəzetinə, "NewsCorp" media holdinqinə və onun sahibi Rupert Merdoka qarşı məhkəməyə müraciət edəcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Tramp bu qərarını “Truth Social” platformasında yayımlayıb.

O, qəzetin Ceffri Epşteynə guya “erotik hədiyyə” göndərməsi ilə bağlı yazdığı məlumatı “tamamilə saxta” adlandırıb.

Tramp bildirib ki, yayılan iddiaların yalan olduğunu əvvəlcədən redaksiyaya və Merdoka bildirib, lakin heç bir tədbir görülməyib. Onun sözlərinə görə, belə bir hədiyyə həqiqətən mövcud olsaydı, siyasi rəqibləri bunu çoxdan gündəmə gətirərdi.

“The Wall Street Journal” yazmışdı ki, Epşteynin 50 illiyi üçün hazırlanmış albomda Trampın əl ilə çəkilmiş çılpaq qadın təsviri ilə məktubu yer alıb. Tramp bu iddianı qəti şəkildə rədd edir.

Qiymət Mahir

tag: ABŞ ,Donald Tramp,Ceffri Epşteyn, "NewsCorp",Todaypress.tv,