Çin Rusiyanın məğlubiyyətini istəmir
Dünya
04.07.2025 10:27
Çin Rusiyanın Ukraynada məğlub olmasına imkan vermək niyyətində deyil. Səbəb isə Rusiyanın uduzacağı təqdirdə ABŞ-nin bütün diqqətini Çinə yönəldə bilməsidir.
TodayPress TV “South China Morning Post”a istinadən xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Van İ Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasla şəxsi söhbətində bildirib.
Van İ qeyd edib ki, Çin Rusiya ordusuna nə maliyyə, nə də hərbi dəstək verir. Onun sözlərinə görə, əgər Pekin Moskvaya həqiqətən yardım etsəydi, bu müharibə çoxdan bitmiş olardı.
Brüsseldə baş tutan və 4 saat davam edən görüş zamanı Çin XİN rəhbərinin Kallasın fikirlərini dəfələrlə yarımçıq kəsdiyi və ona “tarix dərsi” keçdiyi də vurğulanıb.
Rəsmi Brüsseli təəccübləndirən əsas məqam isə Pekin nümayəndələrinin açıq danışığı olub. Çin tərəfi bir daha bəyan edib ki, Ukraynadakı münaqişədə iştirak edən tərəf deyil.
Qiymət Mahir
tag: Ukrayna,ABŞ,Pekin,Çin ,Todaypress.tv,