Tramp: "Tariflər təxirə salınmayacaq"
Dünya
30.07.2025 16:37
ABŞ prezidenti Donald Tramp bildirib ki, avqustun 1-dən 14-dən çox ölkəyə tətbiq olunacaq gömrük rüsumları təxirə salınmayacaq.
TodayPress TV xəbər verir ki, o, bu barədə "Truth" sosial platformasında yazıb.
Tramp daha əvvəl həmin ölkələrin liderlərinə məktublar göndərərək, 25%-dən 40%-ə qədər gömrük rüsumlarının tətbiq olunacağını elan edib.
Siyahıya Banqladeş, Bosniya və Herseqovina, İndoneziya, Qazaxıstan, Kamboca, Malayziya, Myanma, Laos, Serbiya, Cənubi Koreya, Yaponiya, Cənubi Afrika və Tailand daxildir.
Ağ Ev bildirib ki, bu ölkələr avqustun əvvəlinə qədər ABŞ ilə yeni ticarət sazişləri bağlamağa çalışırlar. Əgər razılıq əldə olunmasa, rüsumlar qüvvəyə minəcək.
Tramp həmçinin Kanadaya (35% tarif) və Meksikaya (30% tarif) qarşı da gömrük rüsumları tətbiq ediləcəyini bəyan edib.
O, bu qərarı bu ölkələrin ABŞ-yə narkotik ticarətini dayandıra bilməməsi ilə əsaslandırıb.
Türkan İsgəndərli
tag: ABŞ,Tramp,Tarif,Gömrük,Todaypress.tv,