10 türk təyyarəsi İran və İraqdan havaya qalxa bilmədi
Dünya
16.06.2025 17:00
İsraillə İran arasında davam edən hərbi gərginlik səbəbindən İran və İraq hava limanlarında olan 10 türk sərnişin təyyarəsi geri qayıda bilmir.
TodayPress TV xəbər verir ki, bu barədə mülki aviasiya sahəsində ixtisaslaşan "Airport Haber" portalı məlumat yayıb.
Bildirilib ki, "Pegasus Airlines" aviaşirkətinə məxsus beş təyyarə İranda, ikisi isə İraqda qalıb. Bundan başqa, "Turkish Airlines" və "AJet" şirkətlərinə məxsus hərəyə bir təyyarə İraqda, "Tailwind Airlines" aviaşirkətinə məxsus bir təyyarə isə İranda saxlanılır.
Portal bildirib ki, Türkiyə rəsmiləri, o cümlədən diplomatik kanallar vasitəsilə, bu təyyarələrin təhlükəsiz şəkildə geri qaytarılması üçün intensiv səylər göstərirlər.
Qeyd edək ki, Türkiyə Nəqliyyat Nazirliyi təhlükəsizlik səbəbindən 16 iyuna qədər Türkiyədən İrana, İraqa, Suriyaya və İordaniyaya olan bütün uçuşları ləğv edib.
Töhfə Səməd
tag: İsrail,İran ,İraq,Təyyarə,Hava limanı,todaypress.tv,