Tramp Şimali Koreyanın raket sınaqlarına reaksiya verdi
Dünya
29.10.2025 09:43
Şimali Koreya ABŞ Prezidenti Donald Trampın "APEC" sammitinə səfəri ərəfəsində yeni qanadlı raketi sınaqdan keçirib. Buna cavab olaraq ABŞ bu ölkəyə qarşı tədbir görəcəyini vəd edib.
TodayPress TV xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Söhbət zamanı jurnalistlər Trampdan KXDR-in raket atmasına münasibət bildirməsini istəyiblər. O isə cavabında bildirib ki, Şimali Koreya onilliklərdir raketlər buraxır.
Tramp əlavə edib ki, Şimali Koreya lideri ilə həmişə çox yaxşı münasibətlər olub, ona görə də onlar nə vaxtsa görüşəcəklər. ABŞ lideri, həmçinin nə vaxtsa Şimali Koreya ilə məşğul olacağına söz verib.
Trampdan onun sözlərinin Asiyaya səfəri zamanı KXDR rəhbəri ilə görüşəcəyini ifadə edib-etmədiyi də soruşulub.
"Bilmirəm. İnsanlar bunu təşkil etməyə çalışırlar. Mən də istərdim, amma diqqətimi Çinə yönəltmək istəyirəm. Bizim əsas diqqətimiz Çinlə görüşdür. Amma çox da uzaq olmayan gələcəkdə Şimali Koreya ilə görüşəcəyik", - deyə Tramp cavab verib.
Xatırladaq ki, oktyabrın 28-də Şimali Koreya Sarı dənizdə “dəniz-yer” qanadlı raketini sınaqdan keçirib. Gəmi buraxılışları üçün xüsusi olaraq konvertasiya edilən raket şaquli olaraq buraxılıb və 2 saat 10 dəqiqə uçub.
Aysel Mətləb
tag: Tramp,KXDR,APEC,Raket,Todaypress.tv,
