Almaniya milyardlar itirə bilər

Dünya

30.07.2025 16:30

Almaniyanın ABŞ tariflərindən itkiləri ildə 31 milyard avro təşkil edə bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.  

Ekspertlərin fikrincə, ortamüddətli perspektivdə Almaniyadan ABŞ-yə mal ixracı 20 faiz azalacaq. Lakin itkilər tədarükün digər bazarlara - Avropa İttifaqının (Aİ) digər ölkələrinə, İndoneziyaya və ya Cənubi Koreyaya yönləndirilməsi ilə kompensasiya edilə bilər. O zaman itkiləri 7,1 milyarda qədər azaltmaq olar. 

Almaniyanın maşınqayırma sənayesi ən çox zərər çəkəcək və ticarət tarifləri səbəbindən təxminən 7,2 milyard avro itki verəcək. Almaniyanın əczaçılıq şirkətləri 5,1 milyard avro itirəcək. Bundan başqa, Almaniyanın kimya, avtomobil və elektrik sənayesini də itkilər gözləyir. 

Aİ-ABŞ razılaşmasına əsasən, Avropa mallarına tariflər 15 faiz, Amerika malları üçün isə sıfır olacaq. Avropa Komissiyası həmçinin vəd verib ki, birlik 750 milyard dollara enerji resursları alacaq və Amerika iqtisadiyyatına təxminən 600 milyard dollar sərmayə qoyacaq. 

Aysel Mətləb

tag: Almaniya,Aİ,ABŞ,Todaypress.tv,