Polşalı nazir: “Xahiş edirəm, yalvarıram, ora getməyin”
Dünya
11.09.2025 14:38
Polşanın xarici işlər naziri Radoslav Sikorski xalqa müraciət edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Gazeta" nəşri məlumat yayıb.
Belə ki, o, “RFM24” radiostansiyasının efirində Rusiya və Belarusa səfər etməməyi xahiş edib.
Nazir bu barədə deyib:
“Çünki bu ölkələr “girov götürür””.
"Belarus və Rusiya kimi ölkələr var ki, sadəcə olaraq girov götürürlər və bizim mübadilə üçün təklif edə biləcəyimiz "girov" həmişə olmur. Bir daha xahiş edirəm, yalvarıram, ora getməyin. Əgər kimsə gedirsə, o zaman riski gözə alır", - Sikorski bildirib.
Sikorski hər hansı problem olarsa, Polşanı günahlandırmamağa çağırıb.
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin rəhbəri Belarusda Polşa vətəndaşı Qrzeqorz Havelin casusluqda şübhəli bilinərək saxlanılması ilə bağlı vəziyyəti belə şərh edib.
Onu da xatırladaq ki, sentyabrın 4-də Belarus Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları Polşa vətəndaşı Qrzeqorz Haveli casusluqda şübhəli bilinərək saxlayıblar .
Orxan Saffari
tag: Sikorski,Nazir,Belarus,Girov,Todaypress.tv,