Rusiya Vatikanı “uyğunsuz katolik platforması” sayır

Dünya

04.07.2025 10:38

Rusiyada Vatikan hələ də sadəcə Katolik kilsəsinin mərkəzi kimi qəbul edilir və bu, onu Ukrayna ilə bağlı vasitəçilik cəhdləri üçün “uyğunsuz tərəf” kimi göstərir.

TodayPress TV xəbər verir ki, bu fikirləri Vatikanla əlaqələri olan Dünya Staroverlər İttifaqının rəhbəri Leonid Sevastyanov “Lenta.ru”ya müsahibəsində səsləndirib.

“Müasir pravoslavların əksəriyyəti Katolik Kilsəsinə hələ də XVI-XVII əsrlərin baxış bucağından yanaşır. Səlib yürüşlərini, Papa Borcianı xatırlayırıq, amma unuduruq ki, dövlətlər və dini institutlar zamanla təkamül edir və bu gün tamamilə fərqli rol oynayır”, – deyə Sevastyanov bildirib.

Onun sözlərinə görə, məhz bu stereotiplər səbəbindən Rusiya hakimiyyəti Vatikanı Ukrayna üzrə danışıqlar üçün “uyğunsuz katolik platforması” sayır. Halbuki Papa Fransisk yalnız dini lider deyil, eyni zamanda neytral və müstəqil Vatikan dövlətinin rəhbəridir və bu statusla vasitəçi kimi çıxış etmək istəyib.

Sevastyanov qeyd edib ki, Müqəddəs Taxt Rusiya diplomatlarının Vatikana xüsusi statusla səfəri üçün şərait yaratmağa da hazır idi.

Qiymət Mahir

tag: Rusiya,Vatikan, Katolik kilsəsi,Səlib yürüşləri,Todaypress.tv,