Tramp Rusiyaya verdiyi 50 günlük müddəti qısaldır

Tramp Rusiyaya verdiyi 50 günlük müddəti qısaldır
28.07.2025 16:23 Dünya

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Moskva arasında Ukraynadakı münaqişənin tənzimlənməsi ilə bağlı razılaşmanın əldə olunması üçün daha əvvəl verdiyi 50 günlük müddəti qısaltmaq niyyətində olduğunu bəyan edib.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə Şotlandiyanın Törnberri şəhərində Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb. 

“Mən bu 50 günü daha az bir müddətə endirəcəyəm. Çünki düşünürəm ki, artıq cavabı bilirəm, nə baş verəcəyini də təxmin edirəm”, - deyə o bildirib.

Töhfə Səməd 

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər