Tramp Rusiya və Ukraynanın itkilərini açıqladı
“2025-ci ilin əvvəlindən bu yana Rusiya 112,5 min əsgər itirib. Ukrayna isə yanvarın 1-dən bəri 8,000 əsgər itirib"
TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında yazıb.
"Bu, çox lazımsız ölümdür. Hələ bura itkinlər daxil deyil", - Tramp bildirib.
Tramp əlavə edib ki, bu müharibədə ABŞ-nin sabiq prezidenti Cozef Baydenin rolu var və onun bu müharibəni dayandırmaq niyyətinin olduğunu vurğulayıb.
Aynur TAC