Tramp Putin və Zelenskiyə zəng edəcəyini açıqladı

Tramp Putin və Zelenskiyə zəng edəcəyini açıqladı
17.05.2025 20:10 Dünya

ABŞ Prezidenti Donald Tramp mayın 19-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.

TodayPress Tv xəbər verir ki, bu barədə Tramp sosial media hesabındakı paylaşımında bildirib.

Tramp Ukraynada atəşkəsə ümid etdiyini vurğulayaraq, Putindən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edəcəyini qeyd edib.

O, bir sıra NATO üzvü ölkələrin liderləri ilə də telefon danışığı aparacağını əlavə edib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər