Tramp: “İrana sülh danışıqları təklif etməmişəm”

Tramp: “İrana sülh danışıqları təklif etməmişəm”
17.06.2025 14:14 Dünya

ABŞ prezidenti Donald Tramp İrana sülh danışıqları ilə bağlı heç bir təklif irəli sürmədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında paylaşdığı bəyanatında yazıb.

“Mən İrana sülh danışıqları üçün heç bir şəkildə müraciət etməmişəm”, – deyə Tramp qeyd edib.

O, əlavə edib ki, İran ABŞ-nin nüvə sazişi ilə bağlı təklifini qəbul etməli idi, çünki bu, çox sayda insanın həyatını xilas edə bilərdi.

ABŞ prezidenti həmçinin Tehranın Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə hücum etməsi halında sərt cavab veriləcəyini vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər