Tramp İran və İsrailə müraciət etdi

Tramp İran və İsrailə müraciət etdi
15.06.2025 18:15 Dünya

ABŞ prezidenti Donald Tramp İsrail və İranı sülh sazişi imzalamağa çağırıb.

TodayPress TV xəbər verir ki, iki ölkə arasında münaqişəyə görə son vaxtlar çoxlu telefon danışıqları və görüşlər keçirilir.

Tramp yaxın zamanda tərəflər arasında sülhün bərqərar olacağına ümid etdiyini deyib.

Daha əvvəl o bildirib ki, Vaşinqtonun vasitəçiliyi ilə razılaşma əldə olunarsa, bu, İsrail və İran arasında qanlı qarşıdurmanı asanlıqla dayandıra bilər. Eyni zamanda Tramp xəbərdarlıq edib ki, əgər İran ABŞ-yə hücum edərsə, buna cavab olaraq Amerika ordusu İrana misli görünməmiş güclə zərbə endirəcək.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə hücum edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər