Tramp “Intel”dən pay almağı düşünür

Tramp “Intel”dən pay almağı düşünür
15.08.2025 10:50 Dünya

ABŞ Prezidenti Donald Trampın administrasiyası “Intel” nümayəndələri ilə ABŞ hökumətinin şirkətdəki payını satın alması ilə bağlı danışıqlar aparır. 

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb. 

Bildirilib ki, saziş “Intel”in gələcək “Ohayo” zavodunu dəstəkləmək üçün nəzərdə tutulub. 

Amerika mediası avqustun 11-də Trampın “Intel” şirkətinin Baş direktoru Lip-Bu Tanı danışıqlara çağırdığını vurğulayıb. 

Aysel Mətləb

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər