Tramp hərbi rəhbərləri işdən çıxarmaqla hədələdi
ABŞ Prezidenti Donald Tramp Amerika hərbi liderləri ilə görüşəcəyini və onları bəyənməsə dərhal işdən çıxaracağını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
O, ABŞ hərbi rəhbərliyini “əsl döyüşçülər”dən ibarət olmalı olduğunu vurğulayıb və hərbçilər ən yaxşı performansını göstərməsələr tərxis ediləcəklərini bildirib.
"Mən generallar və admirallarla, liderlərlə görüşəcəyəm. Əgər heç kimi bəyənməsəm, onları dərhal işdən çıxaracağam", - deyə Ağ Ev rəhbəri fikrini sonlandırıb.
Türkan İsgəndərli