Tramp: Ərdoğanı mən saxlamasa idim…
ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailin baş naziri Benyamin Netanyahu ilə fikir ayrılıqları olsa da, onun İsrailin İranla müharibəsinə qoşulmadığını bildirib.
TodayPress TV xəbər verir ki, Trampın sözlərinə görə, Ərdoğan istəsəydi, həmin müharibəyə asanlıqla müdaxilə edə bilərdi. Lakin ABŞ prezidentinin şəxsi xahişindən sonra Türkiyə prosesə qoşulmayıb.
“Ərdoğan Bibi (Netanyahu) və İsraili o qədər də sevmir. Amma o, həmin müharibəyə müdaxilə etmədi. Asanlıqla müdaxilə edə bilərdi, lakin mənim xahişimlə bunu etmədi”, - deyə Tramp bildirib.