Tramp: "Danışıqların nəticəsinin əhəmiyyəti yoxdur, biz qalib gəldik"

Tramp: "Danışıqların nəticəsinin əhəmiyyəti yoxdur, biz qalib gəldik"
12.04.2026 02:33 Dünya

"İranla Pakistanda keçirilən danışıqların nəticəsi onu narahat etmir, çünki Vaşinqton artıq bu müharibədən qalib çıxıb".

TodayPress TV xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp Ağ evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Razılaşma əldə edib-etməyəcəyimizin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Məsələ burasındadır ki, biz qalib gəldik", - deyə Tramp vurğulayıb və əlavə edib ki, ABŞ İranı "tamamilə darmadağın edib".

O, ABŞ-nin İranın Hərbi Hava Qüvvələrini, Hərbi Dəniz Qüvvələrini və rəhbərliyini məhv etməsi, hazırda isə Hörmüz boğazından sərbəst keçidin təmin olunması üzərində işləməsi barədə əvvəlki iddialarını təkrarlayıb.

"Özümüz istifadə etməsək də, boğazı açacağıq, çünki ondan dünyada ya qorxan, ya zəif olan, ya da xəsislik edən bir çox başqa ölkələr istifadə edir. Məsələnin nədə olduğunu bilmirəm, lakin NATO bizə kömək etmədi", - deyə Ağ ev rəhbəri bəyan edib.

Qeyd edək ki, ABŞ və İranın yüksək vəzifəli nümayəndə heyətlərinin İslamabaddakı danışıqları səkkiz saata yaxındır ki, davam edir.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 “Liverpul”un yeni seçimi bəlli oldu - İraola! 10:17 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 Bütün Xəbərlər