Tramp Çikaqo meri və İllinoys qubernatorunu həbs etmək istəyir

Tramp Çikaqo meri və İllinoys qubernatorunu həbs etmək istəyir
08.10.2025 17:23 Dünya

ABŞ Prezidenti Donald Tramp Çikaqo meri Brandon Consonu və İllinoys qubernatoru Cey Robert Pritzkeri həbs olunmağa çağırıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə sosial şəbəkə "Truth Social"da paylaşım edib.

Buna səbəb onların qanunsuz miqrantlara qarşı əməliyyat zamanı ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentlərini qoruya bilməmələri olub.

Qeyd edək ki, bu açıqlama Trampın Milli Qvardiya qoşunlarını Çikaqoya göndərmək barədə göstərişindən sonra verilib. Həm mer, həm də qubernator Demokrat Partiyasının nümayəndələridir və Trampın qərarına qarşı çıxıblar.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər