Təyyarənin pilləkənində hər şeyi zibilliyə atdılar: ABŞ nədən qorxdu?

Təyyarənin pilləkənində hər şeyi zibilliyə atdılar: ABŞ nədən qorxdu?
16.05.2026 16:18 Dünya

ABŞ rəsmiləri və jurnalistlərin Çin səfərindən sonra "Air Force One" təyyarəsinə hər hansı hədiyyə, döş nişanı və ya müvəqqəti telefon aparması qadağan edilib.

TodayPress TV xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi nümayəndə heyəti Çin hökuməti ilə iki günlük yüksək səviyyəli danışıqlardan sonra Pekini tərk edib.

Təyyarəyə minməzdən əvvəl Ağ Ev rəsmiləri və müxbirlər səfər boyu topladıqları bütün əşyaları təhvil verməli olublar.

"Təyyarəyə Çindən heç bir şey buraxılmır", — deyə "New York Post" qəzetinin Ağ Ev müxbiri Emili Qudin "X" platformasında yazıb.

Onun sözlərinə görə, nümayəndə heyəti Çin tərəfindən verilən döş nişanlarını, vəsiqələri və müvəqqəti istifadə üçün nəzərdə tutulmuş "burner" telefonlarını təyyarənin pilləkanlarının aşağısındakı zibil qutusuna atmalı olublar.

Məlumata görə, nümayəndə heyətinə "Apple"ın rəhbəri Tim Kuk və "Nvidia"nın rəhbəri Censen Huanq kimi tanınmış şəxslər də daxil olub. Fotolarda onların pencəklərinin yaxasında Çin tərəfindən verilmiş nişanlar olduğu görünsə də, təyyarəyə qalxarkən həmin əşyalar dərhal çıxarılıb.

Mütəxəssislər qeyd edir ki, bu sərt qaydalar təhlükəsizlik və casusluq riskləri ilə bağlıdır.

"Hədiyyə edilən əşyaların içərisində dinləmə cihazlarının olması və ya telefonların haker hücumuna məruz qalması ehtimalı olduqca yüksəkdir", — deyə ekspertlər vurğulayıb. 

Qiymət Mahir

XƏBƏR LENTİ
04 IYUN 2026
Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Vilayət Eyvazov gələcəyin polislərini işə qəbul etdi 15:34 Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR 15:17 Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır 15:06 DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Bütün Xəbərlər