Tbilisidə etirazlar zamanı 60 nəfər saxlanıldı

Tbilisidə etirazlar zamanı 60 nəfər saxlanıldı
26.10.2025 13:00 Dünya

Son üç gündə Gürcüstanın paytaxtı Tbilisidə 60 etirazçı saxlanılıb.

TodayPress TV xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxslər yığıncaqlar və nümayişlərin keçirilməsi qaydalarını pozublar.

Polisin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, aksiya iştirakçıları yolları bağlayaraq nəqliyyatın hərəkətinə mane olublar.

Nazirlik aksiyaçılara qanunsuz hərəkətlərdən çəkinməyi xatırladıb.

Qeyd edək ki, oktyabrın 17-dən Gürcüstanda aksiya qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib və yolun bağlanmasına görə 15 sutkalıq inzibati həbs tətbiq olunur.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər