Tbilisidə 20-yə yaxın etirazçı saxlanıldı

Tbilisidə 20-yə yaxın etirazçı saxlanıldı
22.10.2025 23:30 Dünya

Gürcüstanın paytaxtı Tbilisidə baş tutan etiraz aksiyası zamanı təxminən 20 nəfər iştirakçı polis tərəfindən inzibati qaydada saxlanılıb.

TodayPress TV xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, patrul polisi dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, etirazçılar Rustaveli prospektində yolun hərəkət hissəsini qanunsuz olaraq bağlayıblar.

Daxili İşlər Nazirliyi vətəndaşlara yolların bağlanmaması və qanun pozuntularına yol verilməməsi barədə yenidən xəbərdarlıq edib.

Aynur TAC

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər