Tanınmış britaniyalı hüquqşünas Karapetyanın müdafiəsinə qoşula bilər

Dünya

24.07.2025 13:54

Beynəlxalq Ədalət Məhkəməsinin sabiq hakimi, məşhur britaniyalı hüquqşünas və "Doughty Street Chambers" hüquq firması qurucusu Ceffri Robertson erməni iş adamı Samvel Karapetyanın müdafiəsi ilə məşğul olan beynəlxalq hüquqçular qrupuna qoşulmaq imkanını nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə Karapetyanın Müdafiə Şurasının yaydığı məlumatda bildirilib.

Həmçinin, növbəti mərhələdə Avropa İnsan Haqları Məhkəməsində tanınmış britaniyalı hüquqşünas, ictimai xadim və insan haqları müdafiəçisi Amal Kluni də işə cəlb edilə bilər.

Robertsonun özü Karapetyana qarşı qaldırılmış prosesdən narahat olduğu və onun barəsində tətbiq olunan cinayət-hüquq prosedurlarını sərt hesab etdiyi vurğulanır. Həmçinin, o, irəli sürülmüş ittihamlarda siyasi motivlərin mövcudluğunu görür.

Qeyd edək ki, Robertson Avropa İnsan Haqları Məhkəməsində Ermənistanın maraqlarını müdafiə etməsi və bu ölkə haqqında yazdığı kitabları ilə tanınır. O, Amal Kluni ilə birlikdə məhkəmənin Ali Palatasında Ermənistanın maraqlarını da təmsil edib.

Xatırladaq ki, Samvel Karapetyan 18 iyun tarixində iki ay müddətinə həbs olunub. O, hakimiyyətin ələ keçirilməsinə çağırışlar ittihamı ilə qarşı-qarşıyadır. Cinayət işi Karapetyanın Ermənistan Apostol Kilsəsini müdafiə etməsindən sonra açılıb.

Töhfə Səməd

tag: Beynəlxalq Ədalət Məhkəməsi,Ceffri Robertson,Samvel Karapetyan,Amal Kluni,