Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumlar artdı
Dünya
01.07.2025 12:38
Türkiyə hökuməti bu gündən Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları 15 % artıraraq 5,83 dollara çatdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
2022-ci ilə qədər təxminən 40 il ərzində dəyişməz olaraq qalan tranzit qiyməti həmin vaxtdan bəri hər il artır, 2024-cü ildə isə təxminən 15 % artırılaraq 5,08 dollara çatdırılıb.
Nazir Abdulkadir Uraloğlunun sözlərinə görə, 2022-ci illə müqayisədə Türkiyə limanlarına daxil olmayan gəmilər üçün tranzit qiyməti artıq yeddi dəfədən çox artırılıb. O qeyd edib ki, yığılan vəsaitin əhəmiyyətli hissəsi dünyanın ən dar boğazlarından olan Türkiyə boğazlarında təhlükəsizliyin təmin edilməsinə, trafik izləmə sisteminin genişləndirilməsinə və infrastrukturun yenilənməsinə sərf olunur.
2024-cü ildə hökumət Türkiyə boğazlarından 51 mindən çox gəminin keçməsi hesabına 227 milyard dollardan çox vəsait əldə edib.
tag: Bosfor,Dardanel,Boğaz,Rüsum,Todaypress.tv,